Azərbaycanda sərt karantin rejiminin daha iki həftə uzadılması nəzərdə tutulur. Bu sözləri AzTV-də yayımlanan "Hədəf” verilişdə qonaq olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. Şahmar Mövsümov bildirib ki, karantinin uzadılmasına məcburuq. O əlavə edib ki, heç kəs hazırda pandemiya şəraitində olduğumuzu və karantin rejiminin davam etdiyini unutmamalıdır. Ş.Mövsümov qeyd edib ki, Azərbaycan səhiyyə sistemi pandemiya şəraitinə uyğunlaşdırılıb.
7NEWS.Az








