ABŞ-da yığıncağa getmək üçün 1 və 2 yaşlı qızlarını maşında qoyaraq ölümlərinə səbəb olan Anaya 40 il həbs cəzası verilib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, uşaqlar 2017-ci ildə maşında 33 dərəcə istidə qaldıqları üçün dünyasını dəyişib.
Spirtli içkinin təsirindən 1 gün sonra ayılan Hawkins uşaqları həkimə aparmaq yerinə uşaqları ayıltmaq üçün suyun altında tutub. Uşaqların ayılmadığını görən qadın onları həkimə apararaq gölün qırağında özlərindən getdiyini söyləyib. Lakin həkimlər qadının yalan danışdığını, uşaqların istidən öldüyünü bildiriblər.
Araşdırmalar zamanı bir kişinin Hawkinsə "Uşaqların maşında ağlayır" dediyi, qadının isə "Ağlayıb, ağlayıb susacaqlar" söylədiyi ortaya çıxıb.
7News.Az