Səudiyyə Ərəbistanının şərqində Hərbi Hava Qüvvələrinə məxsus F-15S qırıcı təyyarəsi təlim zamanı qəzaya uğrayıb.
7News.Az TASS-a istinadən məlumat verir ki, bu barədə yerli KİV-dən bildirilib.
Qeyd olunub ki, hadisəyə səbəb texniki nasazlıq olub.
Hadisə Dhahran şəhərindəki aviabazanın yaxınlığında baş verib. Pilotlar katapult ediblər, ölən olmayıb.
Qəzanın səbəblərini araşdırmaq üçün komissiya fəaliyyət göstərir.








