RU
Sevgilisi modeli döydü
11:15
609

Sevgilisi modeli döydü

Türkiyənin ən məşhur modellərindən olan Deniz Akkaya və sevgilisi Murad Varol arasında ciddi mübahisə baş verib.

O, küsüb barışdığı sevgilisi ilə münasibətini yenidən pozub. İllər sonra təkrar bir yerdə olan cütlük yaşadıqları evdə mübahisə ediblər. Qarşıdurma gərginləşdikcə Murad Denizi döyüb. Yumruqlandığını iddia edən Akkaya polislərdən kömək istəyərək sevgilisindən şikayətçi olub. 

Bir müddət əvvəl İspaniyada birgə istirahət edən sevgililər arasındakı münasibətin yenidən düzəlməsi şübhə altna düşüb.

M.Varol isə qadınlara zorakılıq etməklə artıq üçüncü dəfədir gündəmə gəlir. O, bir vaxt evli olduğu müğənni Gülşeni də döymüş və ardından boşanmışdılar. Sonra isə model Aysu Baceoğlunun döyülməsi də Muradın adıyla bağlıdır.

Bu hadisə D.Akkayanın da başına gələn üçüncü hadisədir. Məşhur model 2005-ci ildə sevgilisi M.Aslana döyülmüşdü. O vaxt televiziyaya çıxıb milyonlar qarşısında ağlamışdı. O, növbəti dəfə qızının atası  Efe Önbilgin tərəfindən təpik-yumruq gördüyünü demişdi. /axsam

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ