Antalyada 29 yaşlı gəncin sevdiyi qıza evlilik təklifi etmək üçün istifadə etdiyi fişəng bütöv bir meşənin yanmasına səbəb olub.
7News.Az xəbər verir ki, meşənin yanmasına səbəb olan 29 yaşlı S.M polislər tərəfindən saxlanılıb.
İddiaya görə, restoranda aşpaz işləyən S.M sevgilisi S.K-ya evlilik təklifi üçün sürpriz hazırlayıb.
Evlilik təklifi edən zaman havaya atılan fişəng yaxınlıqdakı meşədə yanğına səbəb olub.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını zamanında söndürə bilib. Hər iki gənc polis bölməsinə aparılıb. İfadə verdikdən sonra S.M və onun sevgilisi S.K sərbəst buraxılıb.

7News.Az