Bakıda silah alveri ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən 7news.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Axundov Biləcəri qəsəbəsi ərazisində “Revolver” tipli nömrəsi silinmiş tapançanı 1000 manata satarkən tutulub.
7news.Az








