RU
Silahlı insidentdə yaralanan tələbə ilə bağlı - AÇIQLAMA
21:00
1221

Silahlı insidentdə yaralanan tələbə ilə bağlı - AÇIQLAMA

"Təəssüf hissi ilə bildirirəm ki, bu gün Bakı Dövlət Sirki yaxınlığında baş verən hadisədə Azərbaycan Tibb Universitetinin IV kurs tələbəsi Fəqan Rəhimli yaralanıb". 
 
Bu sözləri Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova deyib. 
 
O bildirib ki, tələbə dərsdən sonra yaralanıb: "Adıçəkilən tələbə 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə dərsləri 12-də bitdikdən sonra universitetdən çıxıb".
 
Qeyd edək ki, bu gün Bakı Dövlət Sirkinin yaxınlığında silahlı insident yaşanıb, nəticədə 2 nəfər yaralanıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ