RU
Silahlılar təslim olur
11:11
1646

Silahlılar təslim olur

Türkiyə silahlı qüvvələri PKK terror təşkilatı ilə mübarizəni davam etdirir.

7News.Az bildirir ki, ölkənin bir çox cənub-şərq əyalətlərində asayiş təmin olunsa da, ötən gün Vandan acı xəbər gəlib. Valilikdən yayılan açıqlamaya görə, bir qrup terrorçu Van ərazisindən keçən Çaldıran-Doğubəyazid yolunda avtomobilləri saxlayaraq, onları yandırmağa başlayıb. Dərhal hadisə yerinə əlavə ordu qüvvələri cəlb edilib. Qaçan silahlıları təqib edən avtomobillərdən biri uzaqdan idarə olunan partlayıcının işə düşməsi zamanı aşıb. Nəticədə 6 hərbçi şəhid olub, 2-si isə ağır yaralanıb.

Hazırda bölgədə PKK silahlılarının axtarışları davam etdirilir. Bu arada, bəzi terrorçular mübarizənin faydasız olduğunu anlamağa başlayıb. Ötən gün təkcə Mardinin Nüsaybin qəsəbəsində 25 PKK üzvü silahlı qüvvələrə könüllü təslim olub. Bu addımın digər PKK üzvlərinə də təsir edəcəyi gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ