7NEWS.az xəbər verir ki, Ukrayna kəşfiyyatı Rusiya ərazisindəki Kurskda Ukrayna qoşunlarına qarşı döyüşmək üçün cəbhəyə göndərilən Şimali Koreya əsgərlərinin radio danışıqlarının audio yazısını yayıb. Şimali Koreya qoşunlarını 1950-ci illərdən bəri ilk dəfədir ki, aktiv döyüş meydanına yerləşdirir. Rusiyanın sərhəd bölgəsi Kurskda ən azı 11 min Şimali Koreya əsgərinin yerləşdirildiyi təxmin edilir.








