7NEWS.az xəbər verir ki, Şimali Koreya Müdafiə Nazirliyi qitələrarası ballistik raket sınağının rekord vaxt və məsafə ilə həyata keçirildiyini açıqlayıb. Ölkə lideri Kim Çen In nüvə qüvvələrinin gücləndirilməsi siyasətlərinin heç vaxt dəyişməyəcəyini ifadə edərək, "Son raket sınağı regional gərginliyi qəsdən artıran və dövlətimizin təhlükəsizliyini təhdid edən düşmənlərə qarşı iradəmizi göstərmək üçün həyata keçirilib" dedi.








