7NEWS.az xəbər verir ki, Şimali Koreya Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket atıb. Yaponiya Müdafiə Nazirliyi raketlərin Yaponiyanın müstəsna iqtisadi zonasına düşmədiyini bəyan edib. Yaponiyanın müdafiə naziri Gen Nakatani Şimali Koreyanın bu hərəkətlərini pisləyərək, ABŞ və Cənubi Koreya ilə əməkdaşlıq etdiklərini və lazımi tədbirlər gördüklərini bildirib.








