"Şimali Koreyanın ballistik raketlərin hazırlanması proqramı ABŞ və dünya üçün ciddi təhlükə yaradır”.
Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis açıqlamasında deyib ki, dəfələrlə xəbərdarlıqlara baxmayaraq, Şimali Koreya çirkin niyyətindən əl çəkməyib. Onun sözlərinə görə, artıq Amerikanın səbri tükənib.
"Biz Şimali Koreyanın ballistik raketlərindən özümüzü qoruya bilərik. ABŞ-ın ərazilərinə, vətəndaşlarına və müttəfiqlərinə qarşı yönələn bütün təhlükəni dəf edə bilərik. Şimali Koreya hökumətinə bir daha müraciət edirik. Bu biizm onlara verə biləcəyimiz son şansdır. Amerika ordusunun Şimali Koreyaya həmlə etməsi üçün çoxlu səbəbləri var”, - deyə Ceff Devis bildirib.
Qeyd edək ki, Kim Çen İnin açıqlaması BMT-nin təcili iclas çağırmasına səbəb olub. Şimali Koreyanın uğurlu ballistik raket sınağı keçirməsi barədə açıqlaması 3 ölkənin təşvişinə səbəb olub. ABŞ, Yaponiya və Cənubi Koreya BMT Təhlükəsizlik Şurasını təcili iclasını çağırıb.
Rəsmi Pxenyan həftə sonu həyata keçirilən raket sınağının uğurlu olduğunu açıqlayıb. Açıqlamaya əsasən "Pukguksong-2" ballistik raketi orta-uzun mənzilli ballistik raketdir. Raket nüvə başlığı ilə də istifadə edilə bilər. Cənubi Koreya ordu baş qərargahından bildirilib ki, Pxenyanın sınaqları yarımadanın şərqinə doğru 500 km məsafə qət edib.
ABŞ rəsmiləri də raketin 550 km məsafə qət etdiyini və sonradan Yapon dənizinə düşdüyünü bildiriblər. Yaponiya baş nazirinin ABŞ-a səfəri ərəfəsində həyata keçirilən sınağın gövdə göstərisi olduğu qeyd edilir./olke.az
7news.Az








