7NEWS.az xəbər verir ki, müharibə olacağı təqdirdə Cənubi Koreyanın "xəritədən silinəcəyi" xəbərdarlığı edən Şimali Koreya rəhbərliyi 1,4 milyondan çox gəncin könüllü olaraq hərbi xidmət üçün müraciət etdiyini açıqlayıb. Şimali Koreyanın məsələ ilə bağlı verdiyi sərt açıqlamada, "Bütün Şimali Koreya, suverenliyini və təhlükəsizliyini pozan Cənubi Koreya pisliyini məhv etmək iradəsi ilə doludur" ifadələrinə yer verilib.








