RU
Şimali Koreyadan Quterreşə sərt sözlər
21:10
392

Şimali Koreyadan Quterreşə sərt sözlər

Şimali Koreya Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin ünvanına kəskin tənqidlər səsləndirib.

Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui verdiyi yazılı açıqlamada Pxenyanın keçən cümə günü qitələrarası ballistik raketi sınaqdan keçirməsi məsələsinə toxunub. Şimali koreyalı rəsmi sınaqlarının özünümüdafiə olduğunu bildirib.
Ço BMT-nin neytral olmadığını ifadə edib. O, Quterreşin BMT-nin məqsəd və prinsiplərindən, həmçinin qərəzsizliyi, obyektivliyi və bərabərliyi qorumaq vəzifəsindən xəbərsiz olmasından təəssüfləndiyini bildirib.

Nazir BMT Baş katibini Ağ Evin və ya ABŞ Dövlət Departamentinin əməkdaşı kimi gördüyünü deyib.

"BMT-nin ba katibi ABŞ və ona bağlı olan qüvvələrin təzyiq göstərmək məqsədilə Şimali Koreyanın öz suverenliyindən istifadə etmək hüququnu BMT Təhlükəsizlik Şurasına həvalə etməsinə icazə verdi. Bu, onun ABŞ-ın kuklası olduğunu açıq şəkildə sübut edir”-açıqlamada qeyd edilib./olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ