7NEWS.az xəbər verir ki, Ukrayna Baş Qərargah rəisi Anatoli Bargileviç Rusiyanın Kursk bölgəsində 11 mindən çox Şimali Koreya əsgərinin yerləşdirildiyini bildirərək, "Onlar Rusiyanın Uzaq Şərq bölgəsinin yerli xalqı kimi maskalanıblar" deyib. Bargileviç təsdiqləyib ki, bəzi Şimali Koreya əsgərləri artıq Ukraynaya qarşı müharibədə iştirak edir. Şimali Koreya qoşunlarının 1950-ci illərdən bəri ilk dəfədir ki, aktiv döyüş meydanına yerləşdirilir. Rusiyanın Ukraynaya qarşı müharibəsində ikinci nüvə dövlətinin iştirakı müharibənin genişlənməsi təhlükəsini göz önünə qoyur.








