RU
Şimali Qazaxıstanda spirtli içkilərin satışı qadağan edilib
20:50
300

Şimali Qazaxıstanda spirtli içkilərin satışı qadağan edilib

Qazaxıstan Respublikasının Şimali Qazaxıstan vilayətində alkoqollu içkilərin satışı qadağan edilib.

Bu barədə vilayətin polis idarəsinin rəisi və vilayətin komendantı Marat Tulebayev sakinlərə müraciətində deyib.

Yanvarın 5-dən 19-dək bölgədə fövqəladə vəziyyət rejimi elan olunduğunu xatırladan komendant zərurət olmadığı təqdirdə insanları evlərini tərk etməməyə çağırıb.

Onun sözlərinə görə, silah dükanları da bağlanıb və silah satışı qadağan olunub./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ