RU
Sinəsini böyütmək üçün əməliyyata girdi — Həyatından oldu
12:20
444

Sinəsini böyütmək üçün əməliyyata girdi — Həyatından oldu

İngiltərənin paytaxtı Londonda sinəsini böyütmək istəyən 3 uşaq anası vəfat edib.
 

36 yaşlı Luis Harvey gözəllik naminə əməliyyat olunub. Əməliyyat problemsiz keçib. Qadın evə buraxılıb.

Əməliyyatdan 2 həftə sonra Luis sinəsində problem olduğunu hiss edib. Dərhal universitet xəstəxanasına aparılıb. Lakin artıq çox gec olub. Həkimlər qadının nəfəs ala bilmədiyini  görüblər. Müdaxilə edilsə də, yığılan qan tromblaşıb, 3 uşaq anasının ölümünə səbəb olub. 

Sinə böyütmə əməliyyatını həyata keçirən klinika barəsində cinayət işi açılıb. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ