RU
Siqaretlə bağlı daha bir - QADAĞA
14:42
437

Siqaretlə bağlı daha bir - QADAĞA

Nazirlər Kabineti "Bakı Metropolitenindən istifadə Qaydaları”nda dəyişiklik edib.

7news.Az məlumatına görə, dəyişikliyə əsasən, "Bakı Metropoliteni”ndə siqaret çəkilməsinə dair qadağanın əhatə dairəsi genişləndirilib.

Dəyişikliyə əsasən, artıq stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağandır.

Əvvəlki qaydalarda qadağa stansiyalarda, keçidlərdə və vaqonlarda siqaret çəkməklə bağlı idi.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ