RU
Siqaretləri gödəkçəsində ölkəyə keçirmək istədi - VİDEO
12:36
550

Siqaretləri gödəkçəsində ölkəyə keçirmək istədi - VİDEO

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına "Opel Vectra” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, baxışdan öncə sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı vətəndaşın üzərində olan gödəkçənin içərisindən 3200 ədəd "King” markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ