RU
Şir qızı parçaladığı məkanda canavarlar qadına HÜCUM ETDİ - FOTO-VİDEO
17:00
3427

Şir qızı parçaladığı məkanda canavarlar qadına HÜCUM ETDİ - FOTO-VİDEO

ABŞ-ın Berliqton şəhərindəki zooparkda canavarlar qadına hücum ediblər.

Şir qızı parçaladığı məkanda canavarlar qadına HÜCUM ETDİ - FOTO-VİDEOBu barədə "WSOC-TV" kanalının saytında bildirilir.

 

Belə ki, martın 20-də, axşam saatlarında canavarlar Heyvanların Müdafiəsi Mərkəzinin nəzdində olan zooparkın işçisinə hücum çəkərək dişləyiblər.

Şir qızı parçaladığı məkanda canavarlar qadına HÜCUM ETDİ - FOTO-VİDEOZooparkın rəhbərliyi rəsmi "Facebook" səhifəsində bildirir ki, canavarların saxlandığı qəfəs turistlərin keçdiyi yoldan çoxsaylı hasarlarla ayrılıb və ziyarətçilər üçün təhlükə yaratmır.

Canavarlar on günlük karantində saxlanılır. Belə tədbir insanı dişləyən bütün heyvanlara qarşı görülür.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti açıqlanmır.

Qeyd edək ki, 2018-ci ildə eyni zooparkda şir stajçı kimi çalışan 22 yaşlı qıza hücum çəkərək öldürüb.

Şir qızı parçaladığı məkanda canavarlar qadına HÜCUM ETDİ - FOTO-VİDEO


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ