Məlum olduğu kimi bu gündən etibarən seçki prosesinin təbliğat-təşviqat mərhələsinə start verilir. Əksər namizədlər bu mərhələyə ciddi hazırlıqlar görsə də, nəticəni inzibati resurslara hesablayan namizədlər də az deyil və bunlardan biri də namizədliyi 46 saylı Şirvan şəhər seçki dairəsindən qeydə alınan keçmiş müdafiə sənayesi naziri, mərhum Yavər Camalovun oğlu Rəşad Camalovdur.
Məlumat üçün bildirək ki, Rəşad Camalov faktiki olaraq 2017-ci ildə Rusiya vətəndaşı olub və işadamı kimi tanınıb. Onun namizədliyi Şirvan şəhər rəhbərliyində ikitirəlik yaradlb.



YAP-ın namizədi Gənclər və İdman İdarəsinin rəisi Quliyev Azər Əli oğlu
Keçmiş icra başçısına sadiqliyi ilə tanınan birinci müavin Samid Abıyev (Samid Abıyev Rəşad Camalovun əmisi, Şirvan şəhər İcra hakimiyyətinin keçmiş başçısı, hazırda Zərdab İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun övladlarının kirvəsidir.

Vaxtilə Mərdan Camalovun köməkçisi olub, sadiqliyini qoruyub saxlayıb.) Rəşad Camalovun imzatoplama kampaniyasını təşkil edib. Bu işdə Şirvanın axundu Hacı Əvəz Mehrəliyev, bələdiyyə sədri Hacı Kürdoğlu Muradov, Şirvanın Olimpiya İdman Kompleksinin rəhbəri, eyni zamanda bələdiyyə üzvü İlham Səfərov yaxından iştirak ediblər. Bu komanda indi də seçki karusellərinə və digər saxtakarlıqlara hazırlaşır.
Onu da bildirək ki, bir müddət öncə R.Camalovla bağlı başqa bir məlumat da yayılmış və rəsmən təkzib olunmamışdır. Məlumata görə, Şirvan şəhər məktəblərinin bir qrup müəllimini və məntəqə komissiyası üzvlərini "Yeganə” şadlıq sarayına toplayıblar və 100 manat "şirinlik” paylayıblar: "Bu işi də Şirvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev təşkil edib. İndidən Şirvanda belə rəy yaradıb ki, Rəşad Camalovun xeyir-duası verilib, "seçilib”.
Mənbə: ixa.az