RU
Şirvan daşla qətl törədən şəxs saxlanılıb - YENİLƏNİB
20:00
228

Şirvan daşla qətl törədən şəxs saxlanılıb - YENİLƏNİB

Şirvanda qətl törədən şəxs saxlanılıb.

Hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində baş verib. Şirvan şəhərinin Hacıqəhərmanlı qəsəbə sakini, 1984-cü il təvəllüdlü Alışov Daşqın Oktay oğlu münaqişə zəminində qəsəbə sakini, həmyerlisi 1969-cu il təvəllüdlü Qocayev Kamran Musa oğlunu daşla qətlə yetirərək hadisə yerindən qaçıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Daşqın Alışov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.

18:12

Şirvanda qətl hadisəsi baş verib.

Hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində baş verib. Daşqın adlı şəxs münaqişə zəminində qəsəbə sakini, 1969-cu il təvəllüdlü Kamran Qocayevi daşla vuraraq qətlə yetirib. O, hadisə yerindən qaçıb. Həmin şəxsin saxlanması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ