RU
Şirvanda 7 yaşlı uşağın avtomobillə vurularaq öldürülməsi ilə bağlı cinayət işi başlanılıb
12:00
259

Şirvanda 7 yaşlı uşağın avtomobillə vurularaq öldürülməsi ilə bağlı cinayət işi başlanılıb

Şirvan şəhərində 7 yaşlı uşağın avtomobillə vurularaq öldürülməsi ilə bağlı cinayət işi başlanılıb.

Hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Belə ki, Abbasov Rövşən Faiq oğlunun idarə etdiyi "Volskwagen Polo" markalı avtomobil idarəetmədən çıxıb və 2015-ci il təvəllüdlü Astanov Rəvan Rəfail oğlunu vurub.

Nəticədə R.Astanov ölüb.

Fakta görə Şirvan Rayon Polis Şöbəsindǝ Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ