Şirvan Doğum evində doğuş zamanı körpə ölümü baş verib.
Hadisə bu gün qeydə alınıb.
TƏBİB-dən 7NEWS.Az-a verilən məlumatına görə, avqustun 26-da, saat 11:45 radələrində Şirvan şəhər Mərkəzi Xəstəxanasının Doğum evinə 1997-ci il təvəllüdlü, 38-39 həftəlik hamilə qadın yerləşdirilib. Saat 15:45 radələrində təbii üsulla gerçəkləşən doğum zamanı 5 kilo çəkili kişi cinsli dölün ana bətnində öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az








