Əməliyyat keçirilib.
Şirvan şəhərində maskalı şəxs yanacaqdoldurma məntəqəsinə basqın edib.
Hadisə şəhərin 1 May küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
Yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxs, orada operator işləyən Elvin Əhmədovu döyərək kassadakı 500 manatı götürüb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Mahir İmanov tutulub.
Araşdırma zamanı onun daha bir neçə cinayəti orta çıxıb.
Faktla bağlı araşdırma aparılır./apa
7News.Az








