Özünü Kür çayına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib.
O, Şirvan sakini, 1982-ci il təvəllüdlü Hüseynov Səyyad Ağasəf oğludur.
11:14
Şirvanda öznü Kür çayına ataraq intihar edən şəxsin meyiti batdığı yerdən 3 km aralıdan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Həmin şəxsin kimliyi hələlik müəyyən edilməyib.
3 sentyabr 12:11
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən 7NEWS.Az-a verilən xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Muğan” dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
11:24
Şirvanda bir nəfər özünü körpüdən ataraq intihar edib.
Hadisə Şirvan-Sabirabad istiqamətində Kür çayı üzərində yerləşən körpüdə qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan bir nəfər körpünün piyada keçidindən özünü çaya ataraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntihar edən şəxsin kimliyi və hadisənin təfərrüatları araşdırılır.
Hadisə yerində meyitin axtarışlarını həyata keçirmək üçün FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşlarının cəlb olunması gözlənilir.
7NEWS.Az








