7NEWS.az xəbər verir ki, Sloveniya Mağara Xilasetmə Xidmətindən verilən açıqlamada yerli vaxtla saat 08:00-da Krizna mağarasına 2 bələdçi və 3 turist daxil olub. Üçüncü bələdçi qapalı qalan komandanın razılaşdırılmış görüş yerinə saat 15:00-da gəlməməsindən sonra səlahiyyətlilərə xəbər verdi. Saat 17.25 radələrində mağaraya çatan Sloveniya Mağara Xilasetmə Xidməti qrupları suyun səviyyəsinin yüksək olması səbəbindən evakuasiyaya cəhd etməyib, qapalı qalanlara quru paltar və qida çatdırıblar.
7NEWS.az








