RU
Sloveniyada azərbaycanlı partizanın məzarı tapıldı - FOTO
10:02
544

Sloveniyada azərbaycanlı partizanın məzarı tapıldı - FOTO

Qazaxıstandan olan şəxs 1944-cü ildə həlak olmuş sovet əsgərlərinin dəfn olunma yerini tapıb. 

7News.Az "Sputnik Qazaxıstan”a istinadla xəbər verir ki, Şımkentdən olan Omarbek Alibekov tapdığı məlumatların yayımlanmasını xahiş edib.

"1944-cü ildə ölən Sovet partizanlarının qardaşlıq qəbiristanlığı Sloveniyanın Spodnya İdriya bölgəsində yerləşir”, - Alibekov deyib. 

Dosent orada dəfn olunan şəxslərin adını açıqlayıb:

Azərbaycanlı Mirzəcan Mirzəcanov - 1916-cı il təvəllüdlü;

Qazaxıstanlı Tuleş İrjanov - 1921-ci il təvəllüdlü;

Türkmənistanlı Arip Talimov - 1921-ci il təvəllüdlü;

Türkmənistanlı  Cumanazar Kulnazarov - 1922-ci il təvəllüdlü.

Həlak olan şəxslər Qırmızı ordunun hərbçiləri olub, Yuqoslaviyadakı 1-ci rus partizan briqadasının tərkibinə daxil idilər.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ