RU
SOCAR-ın Türkiyədəki zavodunda işlərin yarısı yekunlaşıb
15:02
410

SOCAR-ın Türkiyədəki zavodunda işlərin yarısı yekunlaşıb

SOCAR Türkiyə Enerji A.Ş”-nın rəhbəri danışdı.

Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Star” neft emalı zavodunda işlərin 48%-i yekunlaşıb.

Bu sözləri “SOCAR Türkiyə Enerji A.Ş”-nın rəhbəri Kənan Yavuz öz Facebook səhifəsində yazıb.

O yazıb ki, zavodun avadanlıqlarını daşıyan ilk gəmimiz limana yüklərini boşaldıb.

Avadanlıqların montajına başlanılıb. Zavodda işlərin 48%-i yekunlaşıb.

“Real sektorda son 40 ilin ən böyük sərmayəsi olan zavod 2018-ci ildə istehsala başlayacaq. Əməkdaşlarımız bunun üçün gecə-gündüz çalışırlar”, - deyə K.Yavuz qeyd edib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ