RU
SOCAR rəsmisi: “TANAP Türkiyənin qaz ehtiyacının 12 faizini təkbaşına təmin etmək gücünə malikdir”
16:20
1307

SOCAR rəsmisi: “TANAP Türkiyənin qaz ehtiyacının 12 faizini təkbaşına təmin etmək gücünə malikdir”

"2021-ci ilin yanvar ayından etibarən 26 noyabr 2021-ci il tarixinə qədər TANAP ilə Avropaya 7,1 milyard kubmetr qaz daşınıb”.

Bunu "SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyədə baş tutan media konfransında deyib.

Onun sözlərinə görə, 30 iyun 2018-ci ildən noyabrın 26-na qədər isə TANAP vasitəsilə Türkiyəyə 13,4 milyard kubmetr qaz daşınıb.

 

Şirkətin direktoru əlavə edib ki, SOCAR Türkiyə TANAP-da yeddi faiz hissəyə malikdir.

Qeyd edilib ki, TANAP Türkiyənin qaz ehtiyacının 12 faizini təkbaşına təmin etmək gücünə malikdir.

Xəttin 16 milyard kubmetr olan daşıma qabiliyyəti əlavə investisiyalar hesabına 31 milyon kubmetrə qədər artırıla biləcək şəkildə dizayn edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ