RU
Şok kadrlar: 5 polis belə güllələndi - VİDEO - FOTO
13:41
568

Şok kadrlar: 5 polis belə güllələndi - VİDEO - FOTO

Meksikanın paytaxtı Mexikonun Almolayya de Alkisiras bələdiyyəsində ölkənin Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinin 5 zabiti güllələnib.

4 zabit hadisə yerində keçinib.

Beşinci zabit isə çox ağır vəziyyətdə hospitala aparılıb. Onun vəziyyəti kritikdir.

Zabitlərin "La familia Michoacana" narkokartelinin killerləri tərəfindən güllələndiyi bəlli olub. Belə ki, narkokartelin "hücum dəstəsi" meşəlik yolda zabitlərə qurduqları pusquda çəkdikləri videonu sosial şəbəkələrdə paylaşıblar.

Killerlərdən biri həbs olunub.

 

Olay Mexikodan 85 km cənubda baş verib. Videoda 7 killer görünür.

Onlardan biri smartfonun kamerasına baxaraq: "Polislər, gözləyin, gəlirik!" deyib.

7News.Az

Şok kadrlar: 5 polis belə güllələndi - VİDEO - FOTO

Şok kadrlar: 5 polis belə güllələndi - VİDEO - FOTO


Şok kadrlar: 5 polis belə güllələndi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ