RU
Şok kadrlar: dayə 77 yaşlı qocanı döydü - VİDEO
16:15
476

Şok kadrlar: dayə 77 yaşlı qocanı döydü - VİDEO

Britaniyadakı qocalar evlərindən birində yaşanmış olay ölkə mediasında şok effekti yaradıb. Böyük qalmaqal yaşanır və hadisəni Səhiyyə Nazirliyi ilə bahəm, polis də araşdırmağa başlayıb.

Hadisə Birmingem şəhərindəki "Perry Locks Care Home" qocalar evində baş verib.

Qocalar evində yaşayan 77 yaşlı, psixikasında problemlər olan demensiya xəstəsi Betti Boylanın üzündə, qollarında və sinəsində son vaxtlar sürəkli olaraq göyərtilər vardı. Yaşlı qadın otağa girən hər kəsdən qorxmağa başlamışdı.

Bettinin övladları və qohumları bunu görəndə şübhələnirlər. Onlar otağa videomüşahidə kamerası yerləşdiriblər.

Məlum olub ki, qocalar evində tibb bacısı-dayə işləyən 49 yaşlı Bina Bequm zavallı qadınla çox kobud davranırmış, onu vurur, döyürmüş.

Belə anları kamera da əks etdirib.

Betti Boylanın ailə üzvlərinin dediklərinə görə, "elitar" sayılan qocalar evində bu biabırçılıq ən ciddi şəkildə araşdırılmalıdır.

"Hər ay 1000 funt-sterlinq ödədiyimiz bir yerdə yaşlı, xəstə qadının tibb bacısı tərəfindən amansızlıqla döyülməsi vəhşilikdir, cinayətdir", - Boylanın ailə üzvləri söyləyiblər./milli.az

7news.Az


Videonu izləmək üçün şəklə klikləyin:

Şok kadrlar: dayə 77 yaşlı qocanı döydü

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ