RU
Şolts:
19:30
139

Şolts: "Almaniya NATO-nun hər bir qarışını müdafiə edəcək"

"Almaniya NATO-nun hər bir qarışını müdafiə edəcək”.

7NEWS.Az xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts "Twitter"də bildirib.
"Biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik - mən bunu bu gün Litvada Baltikyanı tərəfdaşlarımıza bir daha bəyan etdim. Almaniya NATO-nun şərq cinahını gücləndirəcək, çəkindirmə və müdafiə üçün Litvada NATO-nun güclü döyüş briqadasına rəhbərlik edəcək”, - o deyib.

Qeyd edək ki, Almaniya Kansleri Litvaya səfər edib. O, həmçinin Vilnüsdə Estoniya Baş naziri Kaya Kallas və Latviya Baş naziri Arturs Karinşlə də görüşüb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ