RU
Somalidə partlayışlarda ölənlərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB
23:10
691

Somalidə partlayışlarda ölənlərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB

Somalidə deputatın ofisi yaxınlığında törədilən iki partlayışda azı 35 nəfər ölüb.

Bu barədə "Reuters” yerli polisə istinadən məlumat yayıb.

Somali xəbər portalı "Garowe" Mahas şəhərinə gələn iki yolsuzluq avtomobilinə partlayıcı qurğuların yerləşdirildiyini bildirib. Partlayışlar bir neçə binaya, o cümlədən yerli məmurların yaşadığı evə ziyan vurub.

18:09

Somalinin Mahas şəhərində federal parlament üzvünün ofisinin qarşısında iki minalanmış avtomobilin partlaması nəticəsində azı 15 nəfər həlak olub.

Bu barədə "Somali Guardian" portalı məlumat yayıb.

Ölənlər arasında vəzifəli şəxslər də var.

Səlahiyyətlilər partlayışları "Əl-Şəbab" qruplaşmasının törətdiyi qənaətindədir./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ