RU
lombard
Somalidə partlayış törədilib, 7 sülhməramlı hərbçi ölüb
19:00
2918

Somalidə partlayış törədilib, 7 sülhməramlı hərbçi ölüb

Somalinin cənubunda törədilən partlayış nəticəsində Afrika İttifaqı missiyasının tərkibinə daxil olan 7 sülhməramlı hərbçi ölüb.

7NEWS.Az xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, hadisə Somalinin Orta Şaballe vilayətinin Maxaday şəhərində sülhməramlıların avtomobil karvanı keçən yolda quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Partlayış nəticəsində Burundidən olan 7 hərbçi ölüb, 1 zirehli nəqliyyat vasitəsi məhv olub.

Hakimiyyət partlayışın məsuliyyətini "Əş Şabab”ın daşıdığını bildirib.

Başqa məlumata görə, sentyabrın 25-də Somalinin paytaxtı Moqadişoda, Əl-Qab rayonunda nəzarət-buraxılış məntəqəsində də partlayış törədilib. Bu hadisə nəticəsində xəsarət alanların olduğu bildirilib.

Qeyd edək ki, 2007-ci ilin yanvarında Afrika İttifaqının qərarı ilə Uqanda, Burundi, Efiopiya, Keniya və Cibuti sülhməramlı missiyanın tərkibində Somaliyə hərbçilərini göndəriblər.

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ