Somalinin paytaxtında güclü partlayış olub.
7News.Az Sputniknews-a istinadla xəbər verir ki, Moqadişu şəhərində iki yerdə, - muzeylə, dövlət teatrı binasının arasındakı küçədə partlayış baş verib.
Hadisəyə səbəb bomba yüklü avtomobillərin partladılmasıdır.
Nəticədə azı 6 nəfər ölüb, 13 nəfər yaralanıb.
Məlumata görə, ölənlər arasında mülki vətəndaşlarlla yanaşı hərbçilər də var.
7News.Az








