Somalinin Beledveyne şəhərində "Aş-Şabab” təşkilatı yaraqlılarının törətdiyi terror aktı zamanı 15 nəfər həlak olub.
Bu barədə 7News.Az xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, ölənlər arasında ölkənin qadın deputatı Aminə Məhəmməd Abdi də var.
Hücum seçkilər ərəfəsində baş verib. Deputat seçki kampaniyası ilə məşğul olurmuş.
Prezident Məhəmməd Abdulla Fermaju və Baş nazir Məhəmməd Hüseyn Roble hücumları pisləyib.








