RU
Somalinin yeni prezidenti məlum olub
23:42
283

Somalinin yeni prezidenti məlum olub

Somalidə keçirilən prezident seçkilərində 55 yaşlı keçmiş baş nazir Məhəmməd Abdullahi Məhəmməd qalib gəlib.

Bundan əvvəl prezident vəzifəsini tutan Həsən Şeyx Mahmud məğlubiyyətini etiraf edib.

Somali qanunvericiliyinə əsasən, dövlət başçısını parlament seçir. Məhəmməd Abdullahi Məhəmməd deputatlar arasında keçirilən səsvermənin 3-cü turunda qalib gəlib.

Qeyd edək ki, yeni prezident ABŞ-da təhsil alıb və ikili vətəndaşlığa malikdir. /apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ