RU
SON DƏQİQƏ! Afrində növbəti əməliyyat başladı
14:24
481

SON DƏQİQƏ! Afrində növbəti əməliyyat başladı

Suriyanın müxalif Azad Suriya Ordusu Türkiyə qoşunlarının dəstəyi ilə Afrin rayonunda xüsusi əməliyyata başlayıb.

7News.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyat Afrində fəallaşmış silahlı qruplaşmalara qarşı keçirilir.

Qeyd olunur ki, Afrində 300-ə yaxın silahlı mövcuddur və son zamanlar şəhərdə soyğunçuluq halları artıb.

 

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Türkiyə Silahlı Qüvvələri Afrində "Zeytun budağı" əməliyyatı keçirmişdi. Əməliyyat nəticəsində Afrin rayonu PYD və YPG silahlılarından azad edilmişdi.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ