RU
SON DƏQİQƏ : AZAL təyyarəsi Bakıda məcburi eniş edib
10:40
555

SON DƏQİQƏ : AZAL təyyarəsi Bakıda məcburi eniş edib

Yerli vaxtla saat 08:59-da uçan Azərbaycan Hava Yollarının (AZAL) J2-075 Bakı (GYD) - İstanbul (IST) reysini yerinə yetirən hava gəmisinin komandiri texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna dönmək qərarını qəbul edib.

Bu barədə 7news.Az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

"Təyyarə Bakı hava limanında yerli vaxtla saat 09:33-də uğurlu eniş edib. Reysin sərnişinləri digər bir təyyarə ilə İstanbula yola salınacaqlar. Reysin statusu yeniləndikcə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ