Şəmkir rayonunda bazarda yanğın hadisəsi baş verib. Bu barədə 7News.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildiirlib. Belə ki, rayonun bazarın ərazisində hər birinin sahəsi 5 m² olan taxta konstruksiyalardan ibarət 7 ədəd köşk və ümumi sahəsi 10 m² olan dəmir konstruksiyadan ibarət ət mağazasının içərisində əşyalar yanıb. Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;