RU
SON DƏQİQƏ! Azərbaycanda güclü partlayış: Yaralı var
10:50
445

SON DƏQİQƏ! Azərbaycanda güclü partlayış: Yaralı var

Bu gün səhər saat 07 radələrində Şəkinin Çeşməli kəndində, kənd sakini Ağabəy Əsədullah oğlu Ağayevə məxsus, ümumi sahəsi 110 kv/m olan olan kürsülü birmərtəbəli üç otaqdan ibarət fərdi yaşayış evində qaz sızmasından partlayış baş verib. 

Oxu24.com -un məlumatına görə, partlayış nəticəsində evin qapı-pəncərəsi dağılıb, evdə yanğın baş verib. 

Partlayış zamanı 1967-ci il təvəllüdlü Fəridə Hacıxan qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona üzün, yuxarı və aşağı ətrafların 2-3A dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ