RU
SON DƏQİQƏ: Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanır - YENİLƏNİB
11:44
1080

SON DƏQİQƏ: Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanır - YENİLƏNİB

Bakıda məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğınla bağlı iki təcili yardım briqadası göndərilib.

Bu barədə ONA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hələləlik zərərçəkənlər barədə məlumat yoxdur.

 

 

 

***

11:30

 

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Babək prospektində yerləşən yataqxana binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ