Bakının ticarət mərkəzlərindən birində güclü yanğın başlayıb.
Yanğın paytaxtın Nizami rayonunda yerləşən "Kainat” ticarət mərkəzində baş verib.
Pravda.az-ın xəbərinə görə, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Ərazidən fotonu sosial şəbəkədə jurnalist Sevinc Ələkbərova paylaşıb.









