RU
SON DƏQİQƏ: Erməni hərbçiləri Şuşadan Xankəndiyə qaçırlar
20:45
676

SON DƏQİQƏ: Erməni hərbçiləri Şuşadan Xankəndiyə qaçırlar


Azərbaycan Silahlı Qüvvələri Qarabağın qədim tarixi şəhəri hesab olunan Şuşaya çatıb.

 

Yenisabah.az xəbər verir ki, bu barədə Fransanın nüfuzlu "Le Monde” nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbiçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçıblar.

Fransa nəşri yazır ki, bu artıq müharibənin taleyinin həll edilməsi anlamına gəlir.

"Belə görünür ki, döyüşlər artıq noyabrın 6-da bütünlüklə Azərbaycan silahlı Qüvvələrinin xeyrinə dönüb”, - "Le Monde” yazır.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ