Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin sahilində çimərlik geyimində 25-26 yaşlarında naməlum qadın meyiti tapılıb.
Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Onun dənizdə boğulduğu ehtimal edilir.
"Aşkarlanan meyit arıq bədən quruluşlu və boyu 156 santimetrdir. Onun üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Tapılan zaman barmağında qızıl üzük olub.










