Ötən gün polisin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.
7News.az bildirir ki, Yenicag.az-ın araşdırmasına görə, Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan "Porsche" markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda "Binə Kəbirə" kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğludur.
Kəbirə Məmmədovanın qardaşı oğlu Sonxeber.az-a açıqlamasında bildirib ki, Rövşən Məmmədov bizim uzaq qohumluğumuz var. K.Məmmədovanın qardaşı oğlu mənəm. O mənim əmim oğlu deyil. Mətbuatda yayılan məlumatlar yalandır. Axı niyə hər xəbəri Kəbirə xanımla əlaqələndirirlər?!
"Sadecə Rövşən Məmmədov Kəbirə xanımın qardaşı arvadının qohumudur. Biz onlardan qız almışıq. Onun bizimlə əlaqəsi yoxdur. Biz bakılıyıq, Rövşən Məmmədovgil isə ucarlıdırlar. Rövşən Məmmədov hazırda bizim xəstəxanada müalicə alır. Allahın köməkliyi ilə yaxşı olacaq. Zəng edib xahiş etdilər biz də "Kəbirə Məmmədova Klinikası"na yerləşdirdik. Onlar da Şüvəlanda yaşayırlar". - V.Məmmədov deyib.
Qeyd edək ki, 1974-cü il təvəllüdlü Rövşən Məmmədov hazırda xəstəxana şəraitində müalicə olunur. O, əvvəlcə Travmotologiya İnstitutuna yerləşdirilsə də, daha sonra özəl klinikalardan birinə köçürülüb. Rövşən Məmmədov ötən il ağır faciə yaşayıb. Belə ki, onun məktəbi yenicə bitirən 17 yaşlı oğlu rəhmətə gedib.








