RU
SON DƏQİQƏ: Ukraynada hərbi vəziyyət ELAN EDİLDİ
17:27
628

SON DƏQİQƏ: Ukraynada hərbi vəziyyət ELAN EDİLDİ

Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə hərbi vəziyyətin tətbiqi haqqında fərmanı imzaladı.

Hərbi vəziyyət noyabrın 26-sı saat 15:00-dan 2019-cu il yanvar 25-i saat 15:00-ə qədər qüvvədə olacaq.

Xatırladaq ki, ötən gün Kerç körfəzində Ukrayna və Rusiya hərbi gəmilərinin iştirakıyla qarşıdurma baş verib. Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb.

Hücum nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb (Rusiya 3 dənizçinin yaralandığını açıqlayıb), 3 Ukrayna gəmisi ələ keçirilib. Zəbt edilən gəmilər və Ukrayna hərbçiləri Kerç limanına aparılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ