Dava iştirakçıları mübahisə zamanı sərxoş olublar.
İyunun 14-də Gədəbəy rayonunun Çaldaş kəndində keçirilən “Son zəng” tədbirində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı saxlanılan şəxslərin adları məlum olub.
Hadisə zamanı iki nəfəri bıçaqlamaqda şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Tağıyev və 1982-ci il təvəllüdlü Əli Məmmədov saxlanılıb.
Gədəbəy rayon Polis Şöbəsindən bildiriblər ki, hazırda hadisə ilə bağlı təhqiqat aparılsa da, fakta görə cinayət işi başlanmayıb. Hadisənin konkret hansı səbəbdən baş verdiyi də hələ məlum deyil./trend
7News.Az








