RU
Şotlandiyada maaşlarının artırılmasını istəyən müəllimlər tətilə çıxıb
16:00
46

Şotlandiyada maaşlarının artırılmasını istəyən müəllimlər tətilə çıxıb


Şotlandiyada müəllimlər maaşlarının artırılması tələbi ilə bu gün 40 ildən sonra ilk dəfə olaraq bir günlük milli tətilə başlayıblar. 

7NEWS.az xəbər verir ki, tətillə əlaqədar ölkədə demək olar ki, bütün bələdiyyə uşaq bağçaları, eləcə də ibtidai və orta məktəblər bağlanıb. Yalnız Orkini və Şetlanddakı bəzi məktəblər təhsilini davam etdirir.

Ölkənin ən böyük təhsil birliyi olan EIS-ə bağlı müəllimlər maaşlarının 10 faiz artırılmasını istəyirlər. Şotlandiyanın Təhsil Naziri Şirli-Anne Somervill hökumətin büdcəsinin böyük təzyiq altında olduğunu xəbərdar edib və bu tələbin "qarşılanmadığını” bildirib.
Hökumət 5 faizlik artım təklifini 6,85 faizə qaldırmışdı, lakin müəllimlər bu təklifi "alçaldıcı” hesab edərək tətil etmək qərarına gəliblər. EIS ölkədə müəllimlərin təxminən 80 faizini təşkil edir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ